!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı avtoritet Rusiyada belə qətlə yetirildi - Qatilin kimliyi məlum oldu - TƏFƏRRÜAT / VİDEO

!Reklam – Yazi

Bu gün Moskvada azərbaycanlı qanuni oğru Əli Heydərovu (Albert Rıjiy) güllələyən killerin kimliyi məlum olub.

Yenicag.az xəbər verir ki, həmin şəxs Taleh Orucovdur.

Əli Heydərovun öldürülməsi ilə bağlı ortaya atılan iddialardan biri də ötən il öldürülüən azərbaycanlı qanuni oğru Lotu Quli ilə bağlıdır. İddialara görə, Albert Rıjiy Lotu Qulinin qətlinin sifarişçisi olub və intiqam məqsədilə öldürülüb.

Digər versiyaya görə, Heydərov yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyi üçün cəzalandırılıb.

Əli Heydərov Rusiyanın Sankt-Peterburq şəhərində böyük nüfuza sahib idi./Axar/

***

19:45

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb.

Yenicag.az xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. “Albert Rıjiy”ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.

www.yenicag.az

1468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv