!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı diaspor lideri Rusiyadan belə deportasiya edildi - VİDEO

!Reklam – Yazi

Moskva vilayətindəki Azərbaycan diasporunun sabiq rəhbəri Qalib Ağayev Rusiya Federasiyasından deportasiya edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Qalib Ağayev mayın 19-da Rusiyadan deportasiya olunub.

Qalib Ağayevlə birlikdə Rusiyadan diaspor fəalı, vaxtı ilə iş adamı Füzuli Məmmədovun köməkçisi kimi çalışmış, “Patriot TV” “Youtube” kanalının rəhbəri Ceyhun Əliyev də deportasiya olunub. Onlar hüquq-mühafizə orqanlarının müşayiəti ilə Moskvanın “Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.

Qeyd edək ki, Qalib Ağayev haqqında ötən ilin sonunda Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb.

Məhkəmə Ağayev Qalib Şəmsəddin oğlunu inzibati xəta törətməkdə təqsirli bilib və onu Rusiya ərazisindən məcburi çıxarılmaqla beş min rubl məbləğində cərimələyib. Bundan başqa, məhkəmə Qalib Ağayevin Yeqorsk şəhər dairəsindəki Rusiya Daxili İşlər Nazirliyinin əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Xatırladaq ki, keçmiş diaspor rəhbəri Rusiya İnzibati Xətalar Məcəlləsinin Rusiya Federasiyasında qalma (yaşayış) hüququnu təsdiq edən sənədlərin olmaması və ya belə sənədlərin itirilməsi ilə ifadə edilən Rusiya Federasiyasında qalma (yaşayış) rejiminin xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs tərəfindən pozulması, onların itirilməsi barədə müvafiq orqana ərizə təqdim edilmədikdə və ya müəyyən müddətdən sonra Rusiya Federasiyasını tərk etməkdən yayındıqda, bu hərəkətlərdə cinayət əlamətləri olmadıqda maddəsini pozmaqda təqsirli bilinib.

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv