!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı ekspertə qarşı ERMƏNİ ŞANTAJI: “Məndən elə yerlərə şikayət edirlər ki...”

!Reklam – Yazi

“Biz xalqlar arasında sülhün təmin olunmasının tərəfdarıyıq və Ermənistanı işğal etmək kimi niyyətimiz yoxdur”.

Bu fikirləri özünün “X” (əvvəlki “Twitter”) paylaşımına görə ermənilər tərəfindən şikayət olunan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin paylaşımın əsas məqsədi Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasına töhfə vermək olub:

“Ermənilərin başımıza gətirdiklərini təbii ki unutmuruq. Lakin buna baxmayaraq, iki xalq arasında normal münasibətlərin təmin olunmasının vacibliyini düşünürük. Bu səbəbdən, qarşıma çıxan maraqlı karikaturanı paylaşaraq “Yolumuz İrəvanadır” mesajını verərək qeyd etdim ki, biz tanklarımızla deyil, öz maşınlarımızla İrəvana gələcəyik.

Yəni müharibə arzulamadığımızı, dinc şəkildə birgə yaşayışa nail olmaq istədiyimizi deməyə çalışırıq. Sülh mesajımızın düzgün anlaşılmadığını, yaxud qəsdən və məqsədli şəkildə başqa səmtə yönəldildiyini təəssüf hissi ilə qeyd etmək lazımdır. Təbii olaraq, sosial şəbəkə paylaşımlarımızı dünyanın istənilən yerindən görə bilirlər.

Bu baxımdan, ermənilər bir çox dillərdə – ingilis, fransız, italyan, hətta türkcə fikir bildirərək Azərbaycanı və azərbaycanlı olaraq məni irqçilikdə, terrorçuluqla, soyqırımı niyyətində ittiham etməyə başladılar. Ən qəribəsi isə odur ki, bu paylaşımla bağlı ermənilər məni ABŞ Konqresinə, ABŞ Senatına, Fransa prezidentinə, İran hökumətinə, dünyanın aparıcı media qurumlarından olan “The New York Times”, “Guardian”, “Reuters” kimi ünvanlara şikayətlər ediblər.

Yəni göstərməyə çalışırlar ki, “Azərbaycanın törətdiyi əməlləri görməzdən gəlməyin nəticəsi bu olmalı idi”. İrəvanı işğal etməyə hazırlaşdığımızı iddia edirlər. Bu sadəcə, çox absurd yanaşmalardır. Əlavə olaraq, İtaliyada bir baş redaktorun dərc etdiyi yazıda da sözügedən paylaşıma yer verilib. Yazan adamın isə açıq-aşkar ermənipərəst mövqedə dayandığı görünür.

Biz hər zaman olduğu kimi, eyni mövqeni sərgiləyirik. Kimə və nə qədər istəyirlərsə, şikayət etsinlər. Biz xalqlar arasında sülhün təmin olunmasının tərəfdarıyıq və Ermənistanı işğal etmək kimi niyyətimiz yoxdur. Münasibətlərin normallaşdırılmasını istəyirik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv