Azərbaycanlı ər və arvadın meyitləri evdən tapıldı

Şəki rayonunda evdən yaşlı ər-arvadın meyiti tapılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Salman Mümtaz küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, 1937-ci il təvəllüdlü Bahadır Zalovun və onun həyat yoldaşı 1955-ci il təvəllüdlü Elmira Əhmədiyyə qızı Zalovanın üzərində zorakılıq əlamətləri olmayan meyitləri yaşadığı ünvanda tapılıb.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29