!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycanlı fəalların keçirdiyi aksiyanın ən müsbət tərəflərindən biri budur ki...” – Partiya sədri

!Reklam – Yazi

“Müvafiq dövlət orqanlarının Qarabağ ərazisində, oradakı yataqlarda monitorinq aparlamalarına nail olunmalıdır”.

Bu fikirləri azərbaycanlı ictimai fəalların ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə etiraz olaraq Şuşa-Xankəndi yolunda təşkil etdikləri fasiləsiz etiraz aksiyasının gedişini dəyərləndirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, aksiyada haqlı tələblər irəli sürülüb və mütləq yerinə yetirilməlidir:

“Təbii ki, ermənilərin Qarabağda törətdikləri ekoloji cinayətlərə, Azərbaycanın təbii sərvətlərinin talan olunmasına son qoyulmalıdır və bu baxımdan, təşkil olunan aksiya birmənalı dəstəklənməlidir.

Amma digər tərəfdən, bu aksiyanın sonsuza qədər davam etməsi də mümkün deyil. Ona görə də tələblərin yerinə yetirilməsinə, Azərbaycanın müvafiq dövlət orqanlarının Qarabağ ərazisində, oradakı yataqlarda monitorinq aparmalarına nail olunmalıdır.

Bildiyiniz kimi, bu gün Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olub. Görüşdə Ermənistan xarici işlər nazirinin iştirakı nəzərdə tutulsa da, o bundan imtina edib. Görüşdən sonra baş tutan mətbuat konfransında Sergey Lavrov Ermənistanın ünvanına bəzi tənqidi fikirlər səsləndirib.

Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya da ermənilərin azərbaycanlı mütəxəssislərin monitorinq aparmalarına mane olmalarından məmnun deyil. Fikrimcə, Rusiya bu yanaşması ilə məsələnin müsbət həllinə təsir göstərə bilər.

Bir məqama da toxunmaq istərdim. Azərbaycanlı fəalların keçirdiyi aksiyanın ən müsbət tərəflərindən biri budur ki, ermənilər bizim tək Ordumuzla deyil, dinc aksiya ilə də onlara təzyiq imkanlarımızın olduğunu gördülər. Onlar bundan nəticə çıxarmalıdırlar”.

A.Zeynalov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv