!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı futbol məşqçisi açıq ürək əməliyyatı keçirdi

!Reklam – Yazi

Azərbaycanın futbol məşqçisi Nadir Qasımov açıq ürək əməliyyatı keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, təcrübəli mütəxəssisin əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında olub.

Nadir Qasımov “Report”a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib: “4 damarımı dəyişiblər, heç özümün xəbərim olmayıb. Allaha qurban olum, hansısa günahım yoxdur. Evə gəlmişəm və burada mənə qulluq edirlər”.

Qasımov yalnız Futbol Veteranları İttifaqının onun səhhəti ilə maraqlandığını söyləyib.

Qeyd edək ki, Nadir Qasımov 2020-ci ilin yayında eyni xəstəxanada koronavirusdan müalicə alib.

www.yenicag.az

336
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv