!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı futbolçu “Ararat”la oyunlar üçün sifariş olundu

!Reklam – Yazi

Albaniyanın “Eqnatiya” klubu yenicə transfer etdiyi Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlini Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Report”a 28 yaşlı hücumameyilli yarımmüdafiəçinin özü açıqlama verib. Vingerin sözlərinə görə, Avropa futbol qurumuna göndərilən iştirak ərizəsində onun da adı var:

“Amma Ermənistandakı ilk matça gedib-getməyəcəyim hələ bəlli deyil. Əlimdən gələni edib özümü yaxşı tərəfdən göstərməyə çalışacağam ki, “Ararat”a qarşı oynamaq şansı qazanım”.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv