Azərbaycanlı hacıları Bakıya gətirən təyyarə gecikdi

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.

Yenicag.az xəbər verir ki, təyyarə iki saat gec yola düşüb. Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.

Qeyd edək ki, hacıları Azərbaycan gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb və bir nəfərin ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər./Report/

COP29