!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı həkimə ABŞ-də yüksək vəzifə verildi

!Reklam – Yazi

Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub.

Diasporla iş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən məlumata görə, həmyerlimiz, eyni zamanda cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək.

Rauf Şahbazov buna qədər Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb.

Azərbaycan Tibb Universitetinin məzunu olan həkim MD, PHD, MRCS Ed, FEBS, qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.

Bakıdakı 5 nömrəli Kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-yə dəvət alıb.

Qeyd edək ki, R.Şahbazov Dünya Azərbaycanlılarının Şuşada keçirilən V (Zəfər) Qurultayının iştirakçısı olub.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv