!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı hərbçi vətəninə nə vaxt qaytarılacaq? – Koçaryan AÇIQLADI

!Reklam – Yazi

“Azərbaycan tərəfdən bir nəfər silahlı şəxs sərhədi keçərək tərəfimizdən saxlanılıb”.

Yenicag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Koçaryan deyib.

“Tezliklə İstintaq Komitəsi hansı maddələrin olacağı ilə bağlı açıqlama verəcək? Milli Təhlükəsizlik Xidməti artıq öz açıqlamasını verib və gün ərzində yazıların məzmunu ilə bağlı sizə məlumat veriləcək.
Azərbaycan hadisəni inkar etmir. Söhbət bir nəfərdən gedir, ikinci şəxs yoxdur”, – deyə Koçaryan əlavə edib.

O, azərbaycanlı hərbçinin qaytarılacağı barədə suala belə cavab verib:

“Müdafiə xətlərimiz arasında çoxlu ərazilər var ki, keçmək olur. İndi araşdırma aparılır.
Təqdim olunan yazılardan məlum olacaq ki, o, hansı məqsədlə bizim xətlərimizi keçib?
Bu, təxribat ola bilər, aza bilər və yaxud digər səbəblər ola bilər.

Araşdırmadan asılı olaraq onun Azərbaycana qaytarılıb-qaytarılmayacağı bəlli olacaq.

Bundan sonra bizim Azərbaycan tərəfi ilə danışmaq imkanımız olacaq. Bizim də Azərbaycanda əsirlərimiz var.
Mübahisə doğuran məsələlər olub, amma biz əsirlərin dəyişdirilməsi ilə bağlı hüquqi həll yolunu gördük”, – deyə deputat yekunlaşdırıb.

Xuraman Etibarlı

 

 

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv