!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı idmançı Belarusda qızıl medal qazanıb

!Reklam – Yazi

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş beynəlxalq “Alexander Cup” turnirində qızıl medal qazanıb.

Azərbaycan Ağır Atletika Federasiyasından Yenicag.az-a verilən məlumata görə, 59 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı bütün rəqiblərini qabaqlayıb.

Atlet toplam 215 kq (95+120) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Noyabrın 5-dək davam edəcək yarışda Nailxan Nəbiyev də qüvvəsini sınayacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizə aparır.

www.yenicag.az

7380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv