!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı iş adamından nümunəvi ADDIM - Zabitin banka olan borcunu ödədi

!Reklam – Yazi

Moskvada yaşayan azərbaycanlı iş adamı zabitin banka olan borcunu ödəyib.

Yenicag.az xəbər verir ki, 44 gün davam edən 2-ci Qarabağ döyüşlərində düşmənə qarşı qəhrəmanlıqla döyüşən, sosial şəbəkələrdəki videoları ilə məşhurlaşan XTQ-in 31 yaşlı zabiti Əli Kərimovun banka olan kredit borcunu Rusiyanın paytaxtı Moskvada yaşayan gənc iş adamı Xəzər Qarayev tam ödəməyi üzərinə götürüb və mövcud borcu və onun faizini ödəyərək təqdirəlayiq addım atıb.

Qeyd edək ki, Xəzər Qarayev uzun illər fəal diaspora fəaliyyəti ilə məşğuldur, o, hal-hazırda Moskva Azərbaycanlıları İcmasının icraçı direktorudur.

Onu da vurğulayaq ki, gənc həmvətənlimiz dünyanı cənginə alan COVID-19 pandemiyası dövründə də davamlı olaraq Rusiyadakı və Azərbaycandakı soydaşlarımıza maddi dəstək göstərib. Xəzər Qarayev Silahlı Qüvvələr Fonduna müəyyən miqdarda vəsait köçürməklə yanaşı, eyni zamanda fərdi olaraq cəbhədə döyüşən zabit və əsgərlərimizin ailələrinə də maddi dəstək göstərib.

Xəzər Qarayev bildirib ki, Əli Kərimovun döyüşlərdə düşmən zabitini və onlarla düşmən əsgərini öldürməsi, özü yaralı olduğu halda yaralı əsgər yoldaşını 17 km məsafəyə çiynində daşıyaraq onun yaşamasına nail olması onu qürurlandırıb.

Qəhraman zabitimiz “skayp” vasitəsi ilə Xəzər Qarayevlə danışan zaman ona bu diqqətinə görə təşəkkür etsə də, Xəzər Qarayev təşəkkürə ehtiyac olmadığını, Əli kimi qəhraman əsgərlərimizin Vətən uğrundan canlarını ortaya qoyaraq düşməni diz çökdürmələri qarşılığında onların daha çox diqqətə layiq olduğunu bildirib.

www.yenicag.az

1812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv