Rusiya Federasiyasının Saratov vilayətinin Krasnoarmeyskiy şəhərində azərbaycanlı iş adamı Paşayev Sərvana məxsus mağaza partlayaraq tamamilə yanıb.
Yenicag.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Hadisə axşam saatlarında satıcının mağazanı bağlayaraq tərk etdiyi zaman olub. Xırdavat və ərzaq mallarında ibarət mağazanın hansı səbəbdən partlayaraq alışması hələlik məlum deyil. Hadisə nəticəsində satıcı xəsarət alıb, mağaza sahibinə isə təxminən 30 min ABŞ dolları dəyərində ziyan dəyib./Report/