Mətbuat Şurası jurnalist Elman Kələyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Mətbuat Şurasından Yenicag.az-a verilən məlumata görə, nekroloqda deyilir: “Soydaşlarımızın sıx məskunlaşdıqları Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan” qəzetinin redaktor müavini, ölkənin Əməkdar jurnalisti Elman Hüseyn oğlu Kələyev dünyasını dəyişib. Bu münasibətlə mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Mətbuat Şurası jurnalist Elman Kələyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Mətbuat Şurasından Trend-ə verilən məlumata görə, nekroloqda deyilir: “Soydaşlarımızın sıx məskunlaşdıqları Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan” qəzetinin redaktor müavini, ölkənin Əməkdar jurnalisti Elman Hüseyn oğlu Kələyev dünyasını dəyişib. Bu münasibətlə mərhumun doğmalarına, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Elman Kələyev 1949-ci il oktyabrın 20-də Marneulidə anadan olub. 1957-1967-ci illərdə doğulduğu şəhərdə orta təhsil alıb. 1970-1974-cü illərdə Tiflisdəki Tiflis Dövlət Pedaqoji İnstitutunun pedaqoqika fakültəsində oxuyub. Ali məktəbi bitiridikdən sonra Tiflisdə nəşr olunan “Sovet Gürcüstanı” qəzetində (hazırda “Gürcüstan” qəzeti) ştatdankənar müxbir vəzifəsində çalışıb. 1974-cü ilin noyabr ayında ali təhsilli mütəxəssis kimi Odessa şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra yenidən qəzetdə fəaliyyətini davam etdirib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1991-ci ildə “Gürcüstan” qəzetinin məsul katibi vəzifəsinə təyin edilib.
E.Kələyev redaksiyada çalışmaqla bərabər, Azərbaycan dilində çıxan bir neçə ədəbi-bədii və lüğət kitablarının redaktoru olub və Gürcüstan Konstitusiyasını, seçki haqqında məcəllələri və müxtəlif nəşrləri redaktə edib. Gürcüstanda çıxan “Əhli-Beyt” jurnalının baş redaktoru olmuş E.Kələyev həmçinin APA-nın (Azəri-Press Agentliyinin) Gürcüstan bürosunun əməkdaşı vəzifəsində çalışıb.
Jurnalistika sahəsində çalışarkən Elman Kələyev Gürcüstanın və Azərbaycanın qəzet və jurnallarınada, Moskvada nəşr edilən “Panorama Azerbaycana” qəzetində müxtəlif mövzulu maraqlı yazılarla çıxış edib.
Elman Kələyev mətbuat sahəsindəki səmərəli fəaliyyətinə görə Gürcüstan prezidentinin 1997-ci il 16 oktyabr tarixli fərmanı ilə “Şərəf” medalına və digər mükafatlara layiq görülüb.
2015-ci ildə Gürcüstanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri bir daha Elman Kələyevin vəfatından kədərləndiklərini bildirir, mərhum jurnalistin doğmalarının, əzizlərinin, yaxınlarının və dostlarının üzüntüsünü bölüşürlər.
Allah rəhmət eləsin!”