Azərbaycanlı idman jurnalisti, “Supersport.az” saytının baş redaktoru və təsisçisi Anar Cəfərsoy koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi feysbuk hesabında paylaşım edib.
“Allah koronavirusu məhv etsin. Allahın köməkliyi ilə koronavirusla mübarizə davam edir. Uca Tanrım ağır durumda olan anama şəfa versin.
Özüm də koronavirusa yoluxmuşam. İki həftədir güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu.
Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”, – deyə paylaşımında bildirib.