Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları beynəlxalq mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində Azərbaycan vətəndaşı olan bir nəfəri saxlayıblar.
Yenicag.az xəbər verir ki, adı açıqlanmayan həmin şəxsin cinayətkar qrupun liderlərindən biri olduğu bildirilir. Bu barədə Ukrayna mətbuatı Dövlət Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, həmin şəxs Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. O, ağır və xüsusilə ağır cinayətlərin törədilməsində ittiham olunur.
Hazırda həbsdə olan sözügedən şəxsin Azərbaycana ekstradisiyası məsələsi həll olunur.