Azərbaycanlı məmurun avtomobili gölə aşdı – Fəciəvi ölüm

Qusar rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.

Yenicag.az-ın verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini, Vəlixan Vəlixanov idarə etdiyi “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır./Report/