!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı məşhurlar yeni sosial şəbəkəyə axın etdi - ADLAR

!Reklam – Yazi

İyunun 6-da “Meta” korporasiyasının istifadəçilərə təqdim etdiyi “Threads” sosial şəbəkəsi qısa müddətdə Azərbaycanda da populyarlıq əldə edib.

Yenicag.az xəbər verir ki, xatırladaq ki, sosial şəbəkəyə girişin aktiv edilməsindən bu yana platformadan ümumən 40 milyondan çox insanın qeydiyyatdan keçdiyi bildirilir.

Bəs Azərbaycanda tanınmışlardan kimlər “Threads” hesabı açıb?

Yenisabah.az bununla bağlı qısa araşdırma aparıb.

Məlum olub ki, siyasi simalardan hələ ki yalnız bir nəfər – Milli Məclisin deputatı Naqif Həmzəyev “Threads”də özünə hesab açıb.

Yeni yaranmış sosial şəbəkədə şou-biznes məşhurları üstünlük təşkil edir:

Xalq artisti Aygün Kazımova, məşhur reper “Qaraqan” (Orxan Zeynallı), Xalq artisti Röya Ayxan, aktyor Elşən Orucov (Fəlakət), bloger Elmira Namazova, müğənni Günay İbrahimli, bloger Nagehan Abdullayeva, prodüser, teleaparıcı Tarix Əliyev (Tolik), aparıcı İlkin Həsəni, Xalq artisti Tünzalə Ağayeva, şou-biznesin əkiz bacıları Sevil və Sevinc Səfərovalar, müğənni Nahidə Babaşlı, stilist Anar Ağakişiyev, aparıcı Vüsalə Əlizadə, rəqqasə Rəna Ağamuradova (Renka), Müdafiə sənayesi naziri Mədət Quliyevin oğlu Murad Qulubəyli, aktrisa Ülviyyə Xəlilbəyli, aktrisa Kəmalə Piriyeva, DJ Çingiz Mustayev (DJ China), müğənni Kərim Abbasov, tanınmış aktyor, rejissor Taleh Yüzbəyov, müğənni Hiss (Röya Məmmədova), müğənni Nura Suri, aktyor Rafael İsgəndərov, prodüser, ssenarist Müşfiq Abbasov, müğənni Roza Zərgərli, tanınmış fitness məşqçisi Kamil Zeynallı, Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni Elçin Cəfərov, reper Ramil Nabran, reper “Qurd” (Fərid Eminov), aparıcı Azər Zahid, aktyor, Əməkdar artist Elnur Kərimov, müğənni Damla, Xalq artisti Miri Yusif, Əməkdar artist Sənubər İsgəndərli, Əməkdar artist Mehriban Xanlarova, ilahiyyatçı Hacı Ramil Bədəlov, vəkil Babək Həmidov, İT mütəxəssisi Fərid Pərdəşünas və s.

Xatırladaq ki, “Threads” “Twitter”ə rəqib olaraq meydana çıxıb.

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv