!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı məşhurların “CAVANLIQ ELİKSİRİ” – SİYAHI \ VİDEO

!Reklam – Yazi

Pandemiya dönəmində səhnədən, konsert salonlarından, ən əsası, toylardan uzaq düşən sənətçilərin əksəriyyəti nəinki pul-paralarını, elə formalarını da itirdilər. Yenidən formalarına qayıtmaq üçün bıçaq altına düşənlər də az olmadı.

Yenicag.az pandemiyadan sonra plastik əməliyyatla özlərinə çəki-düzən verən sənətçilərin siyahısını təqdim edir:

1. Müğənni Nadir Qafarzadə liposaksiya ilə qarın nahiyəsindəki artıq piylərdən xilas olub.

“Köklükdən əyilib ayaqqabımın bağını bağlaya bilmirdim”, – deyən Nadir bu əməliyyatı səhhətində yaranan problemlə əlaqələndirib.

2. 46 yaşlı cazibədar aktrisa Vəfa Zeynalova göz qapaqlarındakı artıq əti kəsdirib.Aktrisa səhnə adamının hər zaman gözəl görünməsinin tərəfdarı olduğunu əsas gətirib: “Üzdə olan xanımam, yüzlərlə, minlərlə tamaşaçı məni izləyir. Ona görə də çalışıram, hər zaman formada qalım”.

O, həmçinin liposaksiya əməliyyatı ilə qarın hissəsində olan yağlardan da xilas olub.

3. Tanınmış müğənni Cavad Rəcəbov üz nahiyəsində əməliyyat etdirib. Gözünün üstündəki artıq ətləri kəsdirən 67 yaşlı sənətçi, eyni zamanda, liposaksiya proseduru ilə cavanlaşmaq arzusunu reallaşdırmağa çalışıb.

4. Tanınmış aktyor, 69 yaşlı Əməkdar artist Vahid Əliyev üz nahiyəsinə kök hüceyrə proseduru etdirərək artıq qırışlardan xilas olub. Aktyorun bu addımı cəmiyyətdə heç də birmənalı qarşılanmayıb. Hər kəs bu yaşda plastik əməliyyat etdirdiyinə görə onu sərt tənqid atəşinə tutub. Aktyorun onlara cavabı isə belə olub: “Səhnə adamı formada olmalıdır”.

5. Müğənni Zahidə Günəş də əməliyyatla artıq çəkidən azad olanlar sırasındadır. “Gözəllik qurban tələb edir” prinsipinə əməl edərək bıçaq altına düşən Zahidə artıq çəkidən xilas olmaqla bərabər, üzündə və əllərində də cavanlaşmaq üçün əməliyyat etdirib.

6. Müğənni Xatirə İslam bədən şəkilləndirmə proseduru ilə vücudunu incələşdirənlərdəndir. Buna baxmayaraq, müğənni çəki almağa davam edir.

7. “Kristal” qrupunun rəhbəri kimi tanınan Mədinə Malik bir neçə plastik əməliyyat, eləcə də rinoplastika proseduru ilə görünüşünü dəyişənlər sırasında yer alıb.8. Əməkdar artist Kubra Əliyeva da dəstədən geridə qalmayıb. Liposaksiya proseduru ilə 71 yaşlı aktrisanın qarın nahiyəsindən piy alınaraq üzünə vurulub.

9. Bir müddət əvvəl mədəkiçiltmə əməliyyatı etdirən müğənni Nurlan Əzizbəyli də bu yolla arıqlayıb. “Köklük başdan-ayağa xəstəlikdir”, – deyən Nurlan əməliyyat etdirən zaman 105 kiloqram çəkidə olduğunu bildirib.

10. Həmkarlarından geridə qalmayan Şəbnəm Tovuzlu da gözəlləşmək arzusu ilə yenidən bıçaq altına girənlərdən olub.

Hazırladı: Cəvahir

www.yenicag.az

831
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv