!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı müğənnidən SƏRT AÇIQLAMA: “Sənəti olmayanlar ortalıqda meydan sulayır”

!Reklam – Yazi

“Bu gün sənəti olmayanların çoxunun fəxri adı var… Amma ömrünü, illərini sənətə həsr edən insanlar hələ də gözləyir, haqqı çatana sahib ola bilmir”.

Bunu müğənni Bəturə Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

Uzun illərdir Türkiyədə yaşayan müğənni bir müddət öncə Azərbaycanda fəaliyytəini davam etdirsə də, yenidən qardaş ölkəyə qayıdıb.

Dediyinə görə, onun sənət cameəsindən uzaq salan şou-biznes aləmində yaşananlardır:

“Təəssüf ki, son vaxtlar sənətlə bağlı heç bir yenilik yoxdur. Olsa da, çox azdır. Yalnız qalmaqal, dedi-qodu, gündəm naminə söz-söhbətlərdir. Sənəti olmayanlar ortalıqda meydan sulayır və nə yazıq ki, bu gün sənəti olmayanların çoxunun fəxri adı var. Bu heç kimə sirr də deyil. Mən də çox istəyirəm ki, Azərbaycana gəlim və öz ölkəm üçün çalışım. Bu sənətə təsadüfi gələnlərdən deyiləm. 11 yaşımdan əsil sənətçi olaraq yetişdirilən musiqiçilərdənəm. Baxıram ki, musiqidə söz demək haqqı olmayan insanlar çox-çox öndə gedir. Musiqi cameəsində hərc-mərclik adamı yorur, usandırır. Elə hər cəhətdən nəzərdə tuturam. Bu, peşəkar musiqiçi olaraq məni çox incidir, eyni zamanda, ruhdan salır. Açığı, yenidən Azərbaycana qayıdıb həmkarlarımla bir yerdə fəaliyyət göstərmək, əmək xərcləmək daha içimdən gəlmir. Amma digər tərəfdən fikirləşirəm ki, musiqi mənim məşğul olduğum sənətdir və həmişə səhnədə olmaq mənim də haqqımdır. Dilemma qarşısında qalıram və əziyyət çəkirəm. Azərbaycana qayıdıb sənəti olmayan insanlarla eyni səhnəni bölüşməyi, bərabər çalışmağı özümə yaraşdırmıram. Bir iş də var ki, peşəkarlar inciyərək kənara çəkildikcə musiqidən xəbəri olmayanlar ortalıqda meydan sulamaqda davam edəcək”.

Cəvahir

www.yenicag.az

2111
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv