Reklam

Reklam

Gözümüz aydın, azərbaycanlı iş adamı şirkətində istehsal etdiyi qurbağa ətini Rusiya bazarına çıxarıb. Özümüz siftə etməmiş, avropalılar da yerli qurbağalarımızın dadına baxacaqlar. Bəs görəsən, bizim məşhurlar necə, qurbağa ətinin dadına baxıblar?

Əməkdar artist, aktrisa Hüsniyyə Mürvətova qurbağanın adını eşidən kimi az qala özündən gedəcəkdi:

“Ölərəm acından, amma qurbağa ətinə dilimi də vurmaram. Mən qurbağa görəndə iyrənirəm, o da qalmışdı onu yeyim. Xaricdə də olanda yediyim yeməyin tərkibini soruşuram, çünki qorxuram ki, əcaib heyvanlardan hazırlanar”.

Müğənni Aslan Hüseynov dəfələrlə xarici ölkələrdə olsa da, heç vaxt qurbağa əti yeməyib:

“Düzdür, mən Orta Asiyada yaşamışam, amma heç vaxt nə it əti yemişəm, nə də qurbağa… Bircə at əti yemişəm. At əti ən sevimli qidamız olub. O gün televizorda xəbər verdilər ki, rayonlarda at əti kəsib, Bakıda satırlar, cinayətkarlar yaxalanacaq. Tanış-bilişə yalvardım ki, sən Allah, görün o əti harda satırlarsa, mən də gedim alım. At ətinin ləzzəti ayrı olur, amma burada o əti yemirlər. Çinlilər də qurbağa ətini bəh-bəhlə yeyirlər, amma bizə baxıb ağızlarını büzürlər ki, adam da qoyun, toyuq yeyər?”

Müğənni Roza Zərgərli aldanaraq qurbağa əti yediyini etiraf etdi:

“Avropa ölkələrinə gəzməyə getmişdik, orda ailəmlə restorana getdik. Sifarişi ingilis dilində verdilər. Dedim hansı yeməkdir, dedilər bildirçin. Bir dadlı yemək idi ki, yedikcə yemək istəyirdim. Axırda mənə baxıb güldülər və dedilər ki, bu qurbağa ətindən hazırlanmış yemək idi. Dəhşətə gəldim, ürəyim bulandı, özümü güclə saxladım. Dərhal da dedilər ki, yalan deyirdik, bildirçin ətidir. Qorxdular ki, xəstəliyə tutularam. Özümü inandırmağa çalışdım ki, ləzzətlə yediyim o yemək quş ətindən idi. Əslində, mən uşaqlıqdan maral, dovşan, ayı, qaban əti yemişəm, çox dadlıdır. Amma elə heyvanlar var ki, lap acından ölsəm də yemərəm. Məsələn timsahın ətini dilimə də vurmaram, amma dərisindən hazırlanan çantanı götürərəm”.

Gənc aktyor İbrahim Çingiz isə qurbağa əti yeməsə də, ondan hazırlanan yeməkləri yeyənlərə normal münasibət bəsləyir.

Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 374
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.