!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı politoloq təxribatçı suallar verən ukraynalı jurnalisti SUSDURDU

!Reklam – Yazi

Azərbaycanlı politoloq əsassız fikirlər söyləyən ukraynalı jurnalisti susdurub.

Yenicag.az xəbər verir ki, Dmitri Qordon YouTube kanalında yayımlanan verilişində Fikrət Şabanovdan müsahibə alıb.

Azərbaycanlı analitik Fikrət Şabanov ukraynalı jurnalist Dmitri Qordonun Azərbaycanın Ukraynanı dəstəkləməməsi ilə bağlı fikirlərinə cavab verib.

“Mən Azərbaycanla bağlı bir şey demək istəyirəm. Azərbaycan da Ukraynanı rəsmən dəstəkləməyib. Prezident Əliyevin “Ruslar Ukraynanı işğal edən əclaflardır, biz bununla razılaşmırıq, Ukraynanı dəstəkləyirik” deməsini görmədik”, – Qordon deyib.

Cavabında azərbaycanlı analitik bidirib:

“İlham Əliyevin bəyanatlarını sizə daha sonra göndərəcəm. Lakin qeyd etməliyəm ki, Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. İkincisi isə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatıdır. Rusiya işğal etdiyi ərazilərdə seçki keçirəndə Azərbaycan Xarici İşlər Nazirliyi bunu pislədi. Buna görə Mariya Zaxarova bizə qarşı qaldırıldı. Yəni biz Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyimizi həmişə bəyan edirik.

Hesab edirəm ki, sizin Xarici İşlər Nazirliyiniz Ukrayna ictimaiyyətinə çatdırmalıdır ki, diplomatik yolla, Xarici İşlər Nazirliyi vasitəsilə, Prezident Əliyev səviyyəsində Azərbaycan sizi rəsmən dəstəkləyir. Hamı biləndə ki, Ukraynada müharibə olacaq, ora uçmağa qorxurdular, İlham Əliyev Ukraynaya gəldi.

Qarabağla bağlı bəzi  məsələlərdə Ukrayna Ermənistan, İran, Fransa ilə bir mövqedə oldu.

Biz görürük ki, Anna Akopyan Kiyevə gəlir, sonra Yelena Zelenskaya İrəvana uçur. Bizə nəyi sübut etmək istəyirsiniz?” – deyə Şabanov Qordonu susdurub.

Xuraman Etibarlı

www.yenicag.az

1005
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv