Azərbaycanlı qadınla toy etdi – 10 illik evli çıxdı – VİDEO

Türkiyənin Sivas bölgəsində azərbaycanlı qadınla evlənmək istəyən 32 yaşlı İsmayıl Doğan aldadıldığını iddia edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Kocaeli bölgəsində yaşayan 26 yaşlı azərbaycanlı G. Daşdəmirova ilə 2 aydır  vətəndaş nikahında yaşayan Doğan onun başqa biri ilə evli olduğunu bildirib.

O, məhkəməyə müraciət edərək, 60 min lirəlik zərərə uğradığını qeyd edib.

Verilən məlumata əsasən, İsmayıl Doğan 3 min lirə “başlıq pulu”u ödəyərək, iki ay əvvəl  G. Daşdəmirova ilə dini nikah bağlayıb. Dini nikahdan sonra Daşdəmirova tez-tez pul tələb edib. İ. Doğan rəsmi nikah bağlamaq istədikdə isə qadın xəstələndiyini, depresiyaya düşdüyünü deyərək evi tərk edib.

Bundan sonra gəlinin qaçacağını düşünən İ. Doğan polisə şikayet edib. Bu zaman onun başqa biri ilə 10 ildir rəsmi nikahda olduğu məlum olub.

COP29