Azərbaycanda istehsal olunan “Aporia” filminin baş qəhramanı Aysel Yusubova Hollivudda dünyaca məşhur aktrisa, “Lara Kuroftun” yaradıcısı Alisa Vikander ilə eyni filmdə rol alacaq.
Amerikada da yayımlanan “Aporia” filmini istehsal edən şirkətlərindən biri olan “BDAmerika” prodakşın “Sultansoy” prodakşına yeni çəkəcəkləri, dünyaca məşhur aktrisa Lara Kuroftun da rol alacağı filmdə Aysel Yusupovanı çəkmək istədiklərini bildirib.
“Sultansoy” prodakşından verilən məlumata görə, hazırda qarşı tərəflə danışıqlar aparılır. Aysel Yusupova məşhur aktrisaya çox bənzədiyi üçün onun əkiz bacısını canlandıracaq.
Qeyd edək ki, Aysel Yusupova Azərbaycan xalq teatrının aktrisasıdır.
Xatırladaq ki, “Aporia” filmi noyabrın 22-dən etibarən nümayiş edilməyə başlayıb. Hazırda film Amerika və Azərbaycanda nümayiş edilir.