!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanlı sahibkar “Diana Award” mükafatına layiq görüldü

“Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Sara Rəcəbli sosial aktivist və sosial sahibkarlar üçün təsis olunan Böyük Britaniyanın şahzadəsi Diana Spenser adına mükafata layiq görülüb.

O, bu mükafatı qazanan ilk azərbaycanlı sosial sahibkardır.

“Diana Award” 9-25 yaşlarda sosial sahədə fəaliyyət göstərən gənclərə verilən ən prestijli mükafatdır. Sara Rəcəbli bu mükafatın qalibi olaraq Oksford, Kembric kimi dünyanın ən nüfuzlu universitetlərinin təklif etdiyi təlimlərə və kurslara ödənişsiz qatılmaq hüququ qazanıb. Həmçinin fəaliyyətləri ilə tanınan dünyaca məşhur gənc liderlərlə eyni şəbəkədə təmsil olunaraq onları tanımaq şansı əldə edib.

www.yenicag.az

373
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100