!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı şirkət rəhbəri Rusiyada HƏBS OLUNDU - FOTO

!Reklam – Yazi

Fevralın 1-də Rusiyada azərbaycanlı şirkət rəhbəri həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

Bundan əvvəl, yanvarın 31-də müsəlman ictimai xadim və bloqer Rəsul Tavdiryakov terrorçuluğu maliyyələşdirməkdə şübhəli bilinərək həbs olunub.
O, səhər saatlarında evində saxlanılıb.

Rəsul Tavdiryakov “İslam Dövləti” yaraqlılarının (təşkilat terrorçu kimi tanınır və Rusiya Federasiyasında fəaliyyəti qadağandır) maliyyələşdirilməsi ilə bağlı cinayət işinin istintaqına şübhəli şəxs qismində cəlb edilib.
Dünən, fevralın 1-də isə 144 min rubl (təxm. 3 min man) məbləğində vəsaitin toplanması və göndərilməsini təşkil etməkdə şübhəli bilinən azərbaycanlı əlbəyaxa ordu döyüşü üzrə təlimçi, “Security Sphere” özəl mühafizə şirkətinin rəhbəri Tərlan Xəlilov həbs edilib.
Müstəntiqlərin fikrincə, pul Türkiyə, Əfqanıstan və Suriyaya xeyriyyə adı altında göndərilib. Tərlan Xəlilov özü isə ittihamları rədd edib.

Tavdiryakovun həbsindən sonra bu işə islamçıların müdafiəsi üzrə ixtisaslaşmış NAYUR assosiasiyası cəlb olunub. Tavdiryakov müvəqqəti saxlama təcridxanasından buraxılıb.

Xuraman Etibarlı

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv