!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlı siyasətçidən gözlənilməz İSTEFA - AÇIQLAMA

!Reklam – Yazi

Ana Vətən Partiyasının sədrinin müavini, “Hilal” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Arzuman Abdulkərimov istefa verib.

Yenicag.az  xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, sabah istefa ərizəsini partiya sədri Fəzail Ağamalıya təqdim edəcək:

“Əziz dostlar, hörmətli media nümayəndələri.
Nəzərinizə çatdırıram ki, bu gün Ana Vətən Partiyasından istefa ilə bağlı qərar verdim. İstefamın səbəbi bundan sonra heç bir təşkilatın nizamnaməsi ilə məhdudlaşmayan, müstəqil siyasətçi olaraq fəaliyyətimi davam etdirmək niyyətimdir. Necə deyərlər, dövlətə xidmətin ünvanı olmaz. Sabah, 31 oktyabr 2022-ci il tarixdə istefa ərizəmi partiyanın sədri, millət vəkili Fəzail Ağamalıya rəsmən təqdim edəcəm.

Müqəddəs Azərbaycan Dövləti və Dövlətçilik uğrunda mübarizəmi bundan belə daha da gücləndirəcəm. Bundan sonra da siyasi kursunu doğru saydığım, yolunu öz yolum hesab etdiyim Prezidentimiz, Müzəffər Ali Baş komandan İlham Əliyevin yürütdüyü xətti qətiyyətlə müdafiə edəcəm”.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv