Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.