!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycanlı xanəndənin idmanda BÖYÜK UĞURU: Pərviz Qasımov FİNALDA

!Reklam – Yazi

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda böyük uğura imza atıb.

Yenicag.az Musavat.com-a istinadən xəbər verir ki, Pərviz Qasımov Dubayda keçirilən “Dubai Pro” bodibildinq yarışında 49 ölkə arasında finala – 4-cü yerə çıxıb.

Azərbaycanın adını beynəlxalq arenada yüksəldən idmançımız sevinc hissini Musavat.com-la bölüşüb:

“20 ildir ki, bodibildinqlə məşğul oluram. İlk dəfədir yarışa çıxıram. 49 ölkə arasında Azərbaycanı finala çıxardım. Finalda dördlüyə düşdüm. Gələn il keçiriləcək Olimpiadaya vəsiqə qazandım. Yarışda ilk azərbaycanlı olaraq tarixə düşdüm. Bu, ilk yarış üçün böyük bir uğurdur. Qələbəmi şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv