Azərbaycanlı yazarların lüğəti Londonda yayımlandı

Azərbaycan və Türkiyə mütəxəssislərinin hazırladığı türkcə-ingiliscə lüğət Londonda keçiriləcək kitab sərgisində oxuyuculara təqdim olunacaq.

Yenicag.az xəbər verir ki, yeddi illik əməyin nəticəsində ərsəyə gələn “A Comprehensive Reference Dictionary of Linguistics (Terms, Concepts and Notions)” – “Əhatəli dilçilik referans lüğəti (Terminlər, anlayışlar və fikirlər)” nəhayət işıq üzü görüb. Kitab 10-12 aprel 2018-ci il tarixində Londonda keçiriləcək kitab sərgisində nümayişə çıxarılacaq.

Lüğətin baş müəllifi prof.dr. Hüseynağa Rzayev Yenicag.az-a verdiyi açıqlamada kitabın yazılmasında əsas məqsədin Türkiyə və Azərbaycan türkçəsini dünyaya tanıtmaq olduğunu bildirib.

Lüğətin digər müəllifləri isə türkiyəli akademik dos.dr. Ömər Şəjərci və azərbaycanlı doktorant Aygün Həsənovadır.

Qeyd edək ki, kitab öz əhatə dairəsi və məzmunu ilə dünyanın ən samballı lüğətlərindən biridir.

COP29