imageAzərbaycan Respublikasının Batumidə (Gürcüstan) olan vətəndaşları Konstitusiyaya təklif olunan dəyişikliklərə Batumidəki Baş konsulluqda səs verirlər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, səsvermə prosesi sentyabrın 26-da yerli vaxtla səhər saat 8.00-da başlayıb.
Baş konsul Rəşad İsmayılov bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar, ölkəmizin Batumidəki Baş konsulluğunda 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin nəzdində 53 saylı seçki məntəqəsi yaradılıb. Hazırda Batumidə 84 nəfər Azərbaycan vətəndaşı qeydiyyatdadır. Ancaq səsvermə ilə əlaqədar onların sayının daha çox olacağı gözlənilir.
Konsulluğun foyesindəki stenddə seçicilərin siyahıları asılıb. Seçki prosesi Azərbaycan Respublikasının seçki qanunvericiliyinə tam uyğun təşkil olunub.
Məntəqədə səsvermə ilə əlaqədar bütün zəruri işlər görülüb.
Baş konsul Rəşad İsmayılov birinci səs verib.

image image image image

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."