!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanlılar Ermənistana köçsə, hökuməti ələ keçirəcəklər" - Erməni hüquqşünasın QORXUSU

!Reklam – Yazi

“Azərbaycanlıların qayıdışı Ermənistan üçün demoqrafik risklər yaradır”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu mətbuat konfransında beynəlxalq hüquq eksperti Siranuş Saakyan deyib. O, vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların geri qaytarılmasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb. Birinci sual “İrəvan azərbaycanlıların Ermənistanda təhlükəsiz yaşamasına zəmanət verə bilər?” olub. Digər sual isə bunun Ermənistanın təhlükəsizliyinə necə təsir edə biləcəyi ilə bağlıdır.

“Ermənistanda nifrət siyasəti yoxdur və biz əcnəbilərə, o cümlədən Azərbaycandan olanlara tolerant yanaşırıq. Ermənistanda azərbaycanlıların həyatı təhlükə altında olmayacaq. Amma bu məsələni müzakirə edərkən ermənilərin Azərbaycanda, ilk növbədə Qarabağda təhlükəsizliyi məsələsini xatırlamaq lazımdır. Ermənistan hansı prinsip əsasında sərhədlərini azərbaycanlıların üzünə açacaq? Ermənistan hakimiyyətinin bu cür yanaşmanın risklərini hesabladığına şübhə edirəm”, – Saakyan deyib.

O, azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışını “təhlükəli siyasi və demoqrafik risk” adlandırıb.

“Azərbaycanlıların kütləvi şəkildə gəlişi demoqrafik nəticələrə gətirib çıxaracaq və biz ölkəmizdə azlıqda qala bilərik. Beləliklə, onlar siyasi təsir göstərə bilərlər. Bu imkanlar, dövlətçilik üçün risklər hakimiyyət tərəfindən nəzərə alınmalıdır”, – Saakyan “xəbərdarlıq” edib.

Xuraman Etibarlı

www.yenicag.az

231
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv