!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanlıları hədələyən "Pitbul": "Miqrantlar dərhal müharibəyə göndərilməlidir" - VİDEO

!Reklam – Yazi

“Miqrantlar orduya çağırılmamalı, dərhal cəbhə xəttinə göndərilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Sankt-Peterburqdan olan və “Pitbul” ləqəbi ilə tanınan “Espanyola” batalyonunun komandiri Mixail Turkanov deyib. O bildirib ki, miqrantlar orduya çağırılmamalı, dərhal müharibəyə göndərilməlidir.

Türkanov hesab edir ki, miqrantlar vətəndaşlıq aldıqdan sonra Rusiyaya olan borclarını qaytarmalıdırlar.

“Şəxsən mən hesab edirəm ki, miqrantlar orduya çağırılmamalı, dərhal xüsusi batalyon yaradıb, cəbhə xəttinə göndərilməlidirlər. Bura gələndən sonra vətəndaşlıq alıblar, indi də ölkəyə olan borclarını qaytarsınlar. Vətənlərinə deyil, ölkəyə”, – Turkanov bildirib.

Xatırladaq ki, bir müddət öncə, oktyabrın 17-də “Pitbul” Sankt-Peterburqda yaşayan azərbaycanlı gəncləri hədələyib. Bundan sonra Azərbaycan diasporu ilə Mixail Turkanov arasında qalmaqal yaranıb.

Xuraman Etibarlı

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv