!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycanlıların Ermənistana qayıdışı ölkəmiz üçün təhlükədir" - Ayrapetyan

!Reklam – Yazi

“Azərbaycanlıların Ermənistana gəlişi qeyri-sabitlik yaradacaq və ölkəmiz təhlükə ilə üzləşəcək”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən “Zanq” təşəbbüsünün üzvü Tatevik Ayrapetyan jurnalistlərə bu gün keçirilən etiraz aksiyası zamanı müsahibəsində deyib.

“Əslində, Alen Simonyan vasitəsi ilə azərbaycanlıların qayıdışının istisna edilmədiyi tezisi irəli sürülür”, – Ayrapetyan bildirib.

Onun sözlərinə görə, bu, indiki hakimiyyətin məşhur texnikasıdır. Əvvəlcə insanların əhval-ruhiyyəsini yoxlayırlar, əgər insanlar buna lazımi reaksiya verməsələr, bu tezisi təbliğ etməyə davam edirlər.

“Şübhə yoxdur ki, onların müəyyən razılaşmaları var və hətta Azərbaycan Prezidentinin bu təklifi ilə razılaşıblar. Azərbaycanlıların Ermənistana gəlişi qeyri-sabitlik yaradacaq və ölkəmiz təhlükə ilə üz-üzə qalacaq”, – Ayrapetyan əlavə edib.

Xuraman Etibarlı

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv