!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azerçay”ın dəstəklədiyi minifutbol komandası Avropa çempionu oldu - FOTOLAR

!Reklam – Yazi

18-22 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən minifutbol
üzrə Avropa çempionatına yekun vurulub. Ölkə xaricində Azərbaycanın
təmsil olunması üçün illərdir dəstəyini əsirgəməyən “Azerçay ” növbəti dəfə
ənənəsinə sadiq qalıb. Adıçəkilən yarışda ölkəmizin adından doğma çayın
sponsorluğu ilə “Azərsun” minifutbol klubu iştirak edib.
Həyəcanlı və gərgin keçən yarışda rəqiblərinə qalib gələn “Azərsun”
minifutbol komandası mərhələləri keçərək finalda Rumıniyanın “Dedeman
Oradea” kollektivi ilə qarşılaşıb. Rəqibinə şans tanımayan minifutbol
klubumuz 4-0 hesabı ilə qalib gələrək kuboku başı üzərinə qaldırıb. Bu gün
səhər saatlarında Bakıya qayıdan çempionları Hava Limanında onlarla
azarkeşi qarşılayıb.
Minifutbol klubunun direktoru Rafiq Şahverdiyev açıqlama verərək əldə
olunan uğura görə çox sevincli olduqlarını bildirib, bu günlər ərzində
komandaya dəstəyini ifadə edən hər kəsi təbrik edib.
Rafiq Şahverdiyev idmançıların bu yarışda iştirak etməsi üçün dəstək verən
“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozala
təşəkkürünü bildirib. Onun sözlərinə görə son dövrlərdə “Azərsun”
minifutbol komandasının uğurları məhz Abdolbari Gozalın etimadının
nəticəsidir. Şirkət rəhbəri ilk günlərdən əməkdaşların bacarıqlarına
güvənərək onlara dəstək olub.
Qeyd edək ki, “Azerçay”ın dəstəyi ilə adıçəkilən minifutbol klubu  ümummilli
lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən
şirkətlərarası minifutbol turnirinin qalibi olaraq ölkəmizi Avropada təmsil
etmək hüququ qazanmışdı.

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv