!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azercell"dən soyğun kimi "rouminq" xidməti - Tanınmış bloggerin başına bu oyunu açdılar

!Reklam – Yazi

“Azercell”in abunəçilərini soyma fırıldaqları davam edir.

Yenicag.az xəbər verir ki, Azərbaycanın ən böyük mobil operatorlarından biri olan “Azercell” zəng çatmayan nömrəyə rouminq xidmətilə zəng üçün 18.2 manat pul çıxıb.

Bu barədə tanınmış blogger Bəxtiyar Hacıyev öz “Facebook” hesabında status yazıb.

Hacıyevin statusunu olduğu kimi sizə təqdim edirik:

“Azercell zəng çatmayan nömrəyə rouminq ilə etdiyim zəngə görə 18.2 AZN çıxıb. Avropadakı bütün ölkələrə Azercell tərəfdaş operatorlarının tariflərinə baxdım. Ortalama 1.2-2 AZN arası. Bircə Belçikada, bircə operatorda 18 AZN ediblər, zəng edəndə də avtomatik o operatora bağlanıb. Başqa bəzi ölkələrdə tək operatorla tərəfdaşlıq etsələr də, bütün ölkələrdə dəqiqəsi 1-2 AZN arasında tarifi olsa da, Belçikada niyə ikinci 18 manatlıq operatoru tərəfdaş seçiblər və quldurluq edirlər?

Müştəri xidmətlərinə yazıb soruşuram ki, ikinci tərəfdaş operator deyin ki, 18 AZN tarifi var, bitirək bu müzakirəni, deyir “əzbər bilməliyik tariflərimizi? özünüz baxın saytdan”. Yaxşı ki, “qaqaş, əcəb edirik” yazmadılar”.

Qeyd edək ki, bu “Azercell”dən nə ilk şikayətdir, nə də son olacaq.

Elvin Paşazadə

www.yenicag.az

3795
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv