!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azerconnect şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya topladı - FOTOLAR

!Reklam – Yazi

Azerconnect şirkəti 22 iyul Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün
“Telekommunikasiyada müasir çağırışlar” mövzusunda iki günlük seminar təşkil edib.

Seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkəmizdə və
dünyada baş verən yeniliklər və mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya
operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə
media işçilərinin məlumatlılığını artırmaq olub.

Azerconnect şirkətinin marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ
kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və
əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini 22 iyul Milli
Mətbuat Günü münasibətilə təbrik edərək təqdimatlar ilə çıxış ediblər.

Spikerlər Azerconnect şirkəti və onun telekommunikasiya sektorunda göstərdiyi
xidmətlər, icra olunan layihələr, sözügedən sahədə dinamik dəyişikliklər, müasir çağırışlar,
şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat
veriblər. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi
aparılıb.

Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən
jurnalistlər iştirak edib.

Azerconnect ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində
müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətidir.
Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv