!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azerconnect" və "AzerTelecom" şirkətlərinin rəhbərliyi tələbələrlə görüşdü - FOTO

!Reklam – Yazi

“Azerconnect” və “AzerTelecom” şirkətlərinin rəhbər heyətinin Azərbaycan Dövət Neft və Sənaye Universitetində təhsil alan tələbələrlə “Gələcəyin sənin əlindədir” mövzusunda görüşü baş tutub.

Azərbaycan Dövət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq şəraitində təşkil olunmuş tədbirdə Univesitetdə informasiya texnologiyaları istiqaməti üzrə təhsil alan tələbələr iştirak edib.

Tələbələrlə şirkətlərin rəhbər heyətinin görüşünün təşkilində məqsəd tələbələrlə geniş fikir mübadiləsinin aparılması, onların ölkəmizdə telekomunikasiya sektorunun gələcəyi, İKT sahəsində müasir tendensiyalarla tanış edilməsi, “Azerconnect” və “AzerTelecom” şirkətlərində tələbələr üçün mövcud iş, təcrübə imkanlarının diqqətə çatdırılması və şirkətlərin rəhbərliyi ilə tələbələr arasında birbaşa ünsiyyətin qurulmasıdır.

Tədbirdə “Azerconnect” şirkətinin İnsan Resursları üzrə Baş Müdiri Mətanət Babayeva, İnformasiya texnologiyaları üzrə Direktoru Pərviz İsmayılov, eləcə də “AzerTelecom” şirkətinin Baş İcraçı Direktoru Ana Nakaşidze iştirak ediblər. Spikerlər İKT sahəsində gələcəyin peşələri, İT və telekommunikasiya sektorunun gələcək inkişafı, bu günün və gələcəyin interneti kimi mövzular ətrafında danışıb, tələbələrin çoxsaylı suallarını cavablandırıblar. Tədbir Azərbaycan Dövət Neft və Sənaye Universitetinin rektorunun İnformasiya texnologiyaları və innovasiyalar üzrə Müşaviri Rasim Abdullayevin moderatorluğu ilə keçirilib.

“Azerconnect” şirkəti ölkənin dinamik şəkildə inkişaf edən informasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir. “AzerTelecom” şirkəti isə Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur. “Azerconnect” və “AzerTelecom” müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv