!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərenerji”nin prezidentinə ağır cəza verildi – Balababa Rzayev razılaşmadan bu işləri görüb

!Reklam – Yazi

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Yenicag.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Xatırladaq ki, bir neçə il əvvəl Balababa Rzayevin falçı və ekstrasenslərin fəaliyyətindən bəhrələndiyini sübut edən kadrlar yayılmışdı.

Yayılan kadrlarda dini qiyafədə olan bir şəxs şam yandıraraq, Balababa Rzayevin qəbul otağının qarşısında duaya bənzər nələrsə oxuduğu, sonra isə tərkibi bəlli olmayan mayeni onun otağına səpdiyi görünürdü.

COP29

www.yenicag.az

120
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv