!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AzerGold”un istiqrazlarının tədavül müddəti başa çatdı

!Reklam – Yazi

“AzerGold” QSC-nin 3 il əvvəl tədavülə buraxdığı 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti başa çatıb.

Yenicag.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı isə noyabr ayında yerləşdirilib. Onların illik gəlirliliyi 4 % olub. Faizlər rüblük ödənilib və bu müddətdə istiqraz sahibləri 2,4 milyon ABŞ dolları faiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə 22,4 milyon ABŞ dolları məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv