!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“AzerGold”un istiqrazlarının yerləşdirilməsi uğurla tamamlandı

!Reklam – Yazi

Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20 milyon dollar olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb.

QSC-dən Yenicag.az-a verilən məlumata görə, hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000 (6%) və 101.3741 (5.5%) dollar olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800 dollar, yerləşdirilmiş həcmi isə 20,000,000 dollar təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000 (6 %) dollar, orta ölçülmüş qiyməti isə 100.0433 (5.9841%) dollar olaraq müəyyən edilib.

Qeyd edək ki, tədavül müddəti 3 il olan “AzerGold” istiqrazlarının nominal dəyəri 100 dollar, illik faiz dərəcəsi 6 faiz, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların tədavül müddəti 29 yanvar 2027-ci il tarixində bitir.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv