!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəri Vandam”ı Bakıda döydülər

!Reklam – Yazi

Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.

Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib.

Belə ki, adını dəqiqləşdirə bilmədiyimiz gənc “Azəri Vandam”ı sillə-təpiyə “qonaq edib”. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.

Emin Səfərov

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv