!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəriqaz” öz işçilərinə can yandırır, yoxsa bu bir şoudur?! - FOTOFAKT

!Reklam – Yazi

Bir neçə gün bundan öncə “Azəriqaz” İB-nin əməkdaşı Ağamirzə Vəliyev xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də rəsmi “Facebook” hesabında bu cür hərəkətlərin yolverilməz olduğunu və Birliyin əməkdaşı Ağamirzə Vəliyevi “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəailiyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunduğunu bildirib. Sözsüz ki, vəzifə borcunu yerinə yetirən əməkdaşa qarşı bu cür hərəkət qəbuledilməzdir və “Azəriqaz” İB-nin bu davranışını biz də dəstəkləyirik. “Azəriqaz” rəhbərliyinin işçiyə can yandırdığıni görüb həmin işçinin işlədiyi iş şəraiti ilə maraqlandıq.

Həqiqətən mi, “Azəriqaz” öz işçilərinə can yandırır, yoxsa bu bir şoudur?! Ona görə də işçinin iş yeri və əmək şəraiti ilə maraqlanmaq istədik.

Elə isə diqqətiniz bizdə olsun.

Qərara gəldik ki, sözügedən işçi Ağamirzə Vəliyevin çalışdığı Nəsimi rayonu 3-cü Alatava ünvanına yollanaq. Sözügedən ünvanda Bakı Regional Qazın Satış Departamentinin Nəsimi rayon şöbəsi, Bakı Regional Qazın İstismar Departamentinin Nəsimi rayon Şöbəsi və “Azəriqaz” Təmir Tikinti idarəsi 3 saylı qəza-təmir bərpa xidmətinin binası eyni həyətdə yerləşir. Buraya orta hesabla hər gün 100-ə yaxın işçi işə gəlib-gedir. İşçilərin çoxu fəhlədir və növbəli şəkildə işdə olduqlarından gecə də işləyirlər. İşçilərin isə normal yuyunmağa, vəzifə borclarını normal standartlara uyğun yerinə yetirmək üçün belə yerləri yoxdur. Təsəvvür edin ki, yayın istisində, qışın soyuğunda yeraltı qaz kəmərlərinin bərpası ilə məşğul olan, qaynaq işləri görən, təmir bərpa işləri ilə məşğul olan işçi evinə gedəndə küçədə yuyunmağa məcburdur. “Azəriqaz” rəhbərliyi isə yalandan şou təşkil edir ki, guya işçilərə can yandırır.

Burada digər acınacaqlı məqam da ondan ibarətdir ki, rəzil şəraitdə olan bu təşkilatlarda qadınlar da işləyir. Təsəvvür edin, kişilər, yəni fəhlələr hamının gözü qarşısında yuyunmağa məcbur qalırlar.

Sözügedən şəxs – xəsarət almış Ağamirzə Vəliyev də satış departamentinin işçisidir.

Bəli, “Azəriqaz”ın günlərdir şouya çevirdiyi, guya can yandırdığı işçisi bu şəraitdə çalışır. Bütün bunların qarşısında isə bizim sadəcə bircə sualımız var: “Cənablar, bəs sizin işçiləri bu şəkildə işlətməyiniz yolveriləndir?!”.

Sonda isə bilmək istərdik, görəsən, Dövlət Əmək Müfəttişliyinin xidməti əməkçilərin bu vəziyyətindən xəbəri var, yoxsa otaqdan kənara çıxıb yoxlama aparmağa onlara xüsusi icazə lazımdır?!

www.yenicag.az

1618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv