!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişığ”ın əməkdaşını cərəyan vurub öldürdü

!Reklam – Yazi

Şəmkirdə “Azərişığ”ın ustasını elektrik cərəyanı vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, “Azərişığ”ın əməkdaşı B.Abbasov əkin sahəsində olan işıq dirəyinin elektrik naqillərini təmir edərkən cərəyan vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv