!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərişıq” cənub bölgəsini ZÜLMƏTƏ QƏRQ ETDİ

!Reklam – Yazi

“Azərişıq” cənub bölgəsini qaranlıqda qoyub.

Yenicag.az xəbər verir ki, gün ərzində Lerik, Masallı, Lənkəran işıq üzünə həsrət qalıb.

Əldə etdiyimiz məlumata görə, bölgəyə hər dəfə yağış yağan kimi işıqlar sönür. Cənub bölgəsindən verilən məlumata görə, bu gün 6 saatdan çox regiona işıq verilməyib.

Hər il dövlət büdcəsinə ən çox qənim kəsilən qurumlardan biri olan Azərişıq normal şəkildə əhalini elektirk enerjisi ilə təmin edə bilmir. Hər il qiyməti qalxır, yenə də borclu qalan qurumun işində demək olar ki, keyfiyyətlə bağlı inkişaf yoxdur. Azərbaycanda bəlkə yeganə qurum Azərişıqdır ki, sanki hava proqnozu ilə işləyir. Region sakinləri bildirirlər ki, göydən damcı düşən kimi gözləri işıqda qalır ki, nə vaxt sönəcək.

Qeyd edək ki, bu gün işığa həsrət qalan sadəcə cənub regionu olmayıb. Quba-Qusar bölgəsi də işıqsız saatlar yaşayıb.

www.yenicag.az

834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv