!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəristiliktəchizat” payız-qış mövsümünə yekun vurdu

!Reklam – Yazi

“Azəristiliktəchizat” ASC 2022-2023-cü illər payız-qış mövsümü ərzində abonentləri keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təchiz edib.

Yenicag.az-ın verdiyi xəbərə görə, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı “Azəristiliktəchizat” ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

“2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərin icrası haqqında “Azəristiliktəchizat” ASC-nin istilik təsərrüfatlarında istehlakçıları keyfiyyətli, dayanıqlı və fasiləsiz istilik enerjisi ilə təmin edilməsi məqsədilə 2022-2023-cü illər payız-qış mövsümü ərzində ən zəruri işlər görülüb, o cümlədən, qəza-təmir işlərinin operativ aradan qaldırılması təmin edilib”, – İlham Mirzəliyev qeyd edib.

Onun sözlərinə görə, 4470 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub; 28 ədəd qazan aqreqatı cari təmir olunmuşdur, 1 ədəd qazan əsaslı təmir olunub, 40 ədəd odluq cari təmir olunub və 4 ədəd yenisi ilə əvəz olunub.

Bundan əlavə, 22 dəst istilik mübadilə aparatları təmir olunub; 31 ədəd kimyəvi su yumşaltma qurğuları təmir olunub; 59 ədəd nasos cari və 12 ədəd əsaslı təmir olunub, 12 ədədi isə yenisi ilə əvəz edilib və digər zəruri işlər aparılır.

İlham Mirzəliyev onu da əlavə edib ki, respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılıb. Cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan verib. Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilib.

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv