!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azəristiliktəchizat”dan inanılmaz ADDIM: "Minlərlə sakinin hüququ pozulur" - ŞİKAYƏT

!Reklam – Yazi

“”Azəristiliktəchizat” ASC-nin 15 saylı istilikxanasının bütün binanın istilik təchizatını dayandırması özbaşınalıqdır”.

Bu barədə sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bildirib.

O, vurğulayıb ki, “Azəristiliktəchizat” ASC borcunu ödəməyən sakinlərə qarşı sərt tədbir kimi bütün bina sakinlərini istiliyə məhrum qoyub. Bu isə doğru idarəetmə forması deyil:

“Binəqədi rayonu, Mir Cəlal 63A saylı binada yaşayan sakinlərin borcuna görə “Azəristiliktəchizat” ASC-nin 15 saylı istilikxanası bütün binanın istilik təchizatını dayandırıb. Bu, özbaşınalıqdır və 1000 nəfərə yaxın sakinin hüquqlarının kobud şəkildə pozulmasıdır. Nəzərə almaq lazımdır ki, binada xeyli sayda təmirsiz və yaşayış olmayan mənzillər var. İllərdir ki, bu mənzillərə görə yaranan borc binanın borcu kimi hesablanır. Xatırladıram ki, bir qədər əvvəl “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun xeyli hissəsi dövlət tərəfindən ödənilib”.

Mövzu ilə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz alınmadı.

Gülşən Şərif

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv