!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərlotereya” ASC-yə yeni icraçı direktor təyin olundu

!Reklam – Yazi

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik olub.

Yenicag.az xəbər verir ki, şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin ən böyük şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.  

Osman Karakuş 1996-cı ildə Ankara Universitetinin Siyasi Elmlər fakültəsi dövlət idarəçiliyi ixtisası üzrə bitirib, Qalatasaray Universitetində iqtisadiyyat hüququ üzrə magistr təhsilini, 2016-2017-ci illərdə İngiltərənin Durham Universitetində MBA təhsilini tamamlayıb. 

O, karyerasına 1997-ci ildə “Vakıfbank”da maliyyə analitiki kimi başlamış, 2003-2004-cü illərdə “Kuveyt Türk”də maliyyə analitiki, 2004-2010-cu illərdə “Turkcell Inteltek”də maliyyə meneceri, 2010-cu ildə “Azerinteltek” QSC-də mühasibat, vergi və xəzinədarlıq meneceri vəzifələrində çalışmışdır. 2017-ci ildə “PepsiCo”da Qrup xəzinədarlığı və vergi meneceri kimi fəaliyyətə başlayan Osman Karakuş 2020-ci ildə “Demirören Holding”ə qoşulub. O, 2021-ci ilin avqust ayından “Azərlotereya” ASC-nin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışırdı. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb. 

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv