!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərlotereya” KSM və sponsorluq fəaliyyətinin hesabatını AÇIQLADI

!Reklam – Yazi

“Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC
hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir.
Şirkət ötən il də Korporotiv Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin
təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atması ilə seçilib.

“Azərlotereya” “Əmanətə Sədaqət” layihəsi üzrə Azərbaycan və Türkiyənin
universitetlərində təhsil alan bütün şəhid ailə üzvlərinin təhsil və yaşayış xərclərini
qarşılamaq başda olmaqla, bir çox sosial layihələri həyata keçirir.
Şirkət Qarabağ Dirçəliş Fondu ilə birgə “Hər şey Qarabağ üçün” layihəsinə start verib. Layihə
çərçivəsində “Azərlotereya”nın tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir
hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.

Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək
göstərən “Azərlotereya”nın “Misli” brendi hazırda Azərbaycan Premyer Liqasının baş
sponsorudur. Şirkətin bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.
Bu yolda görülən işlərdən biri də “Azərlotereya” ilə “Sabah” futbol və basketbol, eləcə də
“Mingəçevir” Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda
kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi
ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.
“Azərlotereya” sağlam həyat tərzinin təşviqində də fəal iştirak edir. Bu timsalda şirkət “Bakı
Marafonu”nun tərəfdaşı olub. Marafonda 20 minədək iştirakçı yarışıb.

“Azərlotereya”nın KSM fəaliyyətinin əsas istiqamətlərindən biri də ekologiya və ətraf
mühitin mühafizəsidir. Şirkət ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə “Gələcəyə
yaşıl miras” devizi ilə ağacəkmə aksiyasına qoşulub. Həmçinin nazirliyin “Yaşıl Gələcək” adlı
ağacəkmə layihəsinə qoşularaq çox sayda ağacın əkimi üçün ianə edib.

Təhsil sahəsinə xüsusi önəm verən “Azərlotereya” bu istiqamətdə Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumu imzalayıb. Fərqli sahələr üzrə tədrisə dair
müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə
verib.

Həmçinin “Azərlotereya” “Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək
məqsədilə yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış
tələbələrdən 11 nəfəri xüsusi təqaüdlə təmin edib.

Şirkət elm və təhsilin tərəqqisinə töhfə vermək, onların asudə vaxtlarının səmərəli
keçirilməsi məqsədilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar
İntellekt Liqasına da dəstək olub.

Ölkəmizdə startap ekosisteminin inkişafına dəstək göstərmək adına "Azərlotereya"nın ASAN
İnnovasiyalar Mərkəzi  ilə əməkdaşlığı çərçivəsində “Brain Game” intellektual oyun hakatonu
keçirilib.

Sadalanan işlərin fonunda “Azərlotereya” digər sahələr üzrə də hər zaman aktivlik
göstərərək müxtəlif böyük tədbirlərdə sponsor kimi çıxış edib. Şirkət bundan sonra da
dövlətimizin tərəqqisində önəmli rol oynayan KSM və dayanıqlı inkişaf üzrə önəmli
mövzulara dair yeni təşəbbüslərdə iştiraka davam edəcək.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv