!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Azərreyl” “Gəncə”yə qalib gəldi

!Reklam – Yazi

Qadın voleybolçuların Yüksək Liqasında XII turun oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə təşkil olunub.

“Gəncə” doğma meydanda “Azərreyl”i qəbul edib. “Sarı-göylər” çempionatın liderini ilk setdə məğlub etsə də, sonda Bakı təmsilçisi qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Günün digər görüşündə “Murov Az Terminal” və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan bu oyunda murovlular 3:1 hesablı qalibiyyətə sevinən tərəf olublar.

Turun sonuncu matçı “Abşeron” və UNEC klubları arasında olub. UNEC-in idman zalında baş tutan görüşdə Famil Ağayevin komandası 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra xallarını 30-a çatdıran “Azərreyl” liderliyini qoruyub. “Murov Az Terminal” 29 xalla 2-ci, “Abşeron” 24 xalla 3-cü, “Gəncə” 15 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədə qərarlaşıb./Azertag/

www.yenicag.az

179
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv